AUT.AZ

Komandada romantik münasibətdə olan gey cütlük var

İngiltərə Premyer Liqasında çıxış edən komandalardan birinin heyətində gey cütlük oynayır.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” yayıb. Bildirilir ki, onlar komanda yoldaşlarından romantik münasibətlərini gizlətmirlər.

Məşqçilər və klub rəhbərliyi də onları dəstəkləyir. Lakin onlar  ictimaiyyətə açıqlama verməmək qərarına gəliblər. Bu, gələcəkdə baş verə bilər, amma mövsüm ərzində diqqəti futbola yönəltməyi seçiblər.

Onlar komanda yoldaşlarından da xahiş ediblər ki, bu mövzuda kiməsə məlumat verməsinlər.

Aut.az

 

Exit mobile version