AUT.AZ

Hüseynov millinin heyətindən çıxarıldı

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Moldova və Şimali Makedoniya yığmalarına qarşı yoldaşlıq oyunlarında iştirak etməyəcək.

Aut.az xəbər verir ki, 31 yaşlı müdafiəçi zədəli olduğu üçün heyətdən çıxarılıb.

Yığma komanda noyabrın 16-da Moldova ilə, 4 gün sonra Şimali Makedoniya ilə üz-üzə gələcək.

Exit mobile version