AUT.AZ

Haaland 7-ci Liqa klubundan təklif aldı

İngiltərə 7-ci liqasında mübarizə aparan “Aşton Yunayted” “Mançester Siti”in hücumçusu Erlinq Haalandı heyətinə qatmaq istəyir.

Aut.az xəbər verir ki, klub norveçli forvardı dünya çempionatı boyunca icarəyə götürmək arzusundadır. Bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Ağ-qırmızılar” 22 yaşlı qolçunu 28 günlük icarəyə götürmək üçün “Mançester Siti”yə rəsmi təklif göndərib.

Qeyd edək ki, dünya çempionatı 20 noyabr-18 dekabr tarixləri arasında Qətərdə baş tutacaq. Erlinq Haalandın formasını geyindiyi Norveç yığması mundiala vəsiqə qazana bilməyib.

Exit mobile version