AUT.AZ

Emrelinin dublu istefaya səbəb oldu

Xorvatiya klubu “Riyeka” baş məşqçisini qovub.

Aut.Az xəbər verir ki, dünən keçirilən son turun oyununda “Dinamo Zaqreb”ə 2:7 hesablı yenilgi 64 yaşlı mütəxəssisin postunu itirməsinə yol açıb.

 

O, “Riyeka”nın baş məşqçisi vəzifəsinə cəmi 73 gün əvvəl təyin olunmuşdu.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu görüşdə 18 dəqiqə meydanda olmasına baxmayaraq, dubl müəllifi olub.

Beləliklə, Emreli “Dinamo”nun heyətində bu mövsüm 3-cü, ümumilikdə isə 5-ci qolunu vurub.

Exit mobile version