AUT.AZ

Baş məşqçi yığmaya çağırdığı futbolçuların adlarını bilmir – Video

Kamerun millisini dünya çempionatında Braziliya, İsveçrə və Serbiya ilə qrup oyunları gözləyir. Çətin olacaq, amma afrikalıların maraqlı heyəti var – hücumda Şupo-Motinq, yarımmüdafiədə Zambo-Anqissa, qapıda Andre Onana.

Komandanı dünya çempionatlarında 4 dəfə iştirak etmiş məşhur Riqober Sonq çalışdırır. O, Kamerun yığmasında ən çox oyun (130) keçirən futbolçudur.

Amma problem də var. Aut.az xəbər verir ki, Sonq yığmaya dəvət etdiyi futbolçuların bəzilərinin adlarını bilmir.

Heyətin elan olunduğu mərasimdə Sonq, özünün dəvət etdiyi oyunçuların adlarını qarışdırıb. Riqoberin səhvlərini ya jurnalistlər düzəldiblər, ya da yığmanın mətbuat katibi müdaxilə edib.

O, əvvəlcə “Siettl”in  müdafiəçisi Nuu Tolonun adını qarışdırıb,   Mumi Etula deyib. Səhvini jurnalistlər düzəldib. Sonra Kamerun çempionatında oynayan Suaibu Maru (Suadiba adlandırıb) və Jerom Nqomun da (mətbuat katibinin köməyi ilə səhvini düzəldib) adlarını tələffüz edə bilməyib. “Marsel”in qapıçısı Simon Nqapanduetnbunun yalnız adını çəkib ki, buna görə də sosial şəbəkələrdə tənqid olunub.

Aut.az

Exit mobile version