AUT.AZ

Ağlasığmaz təklif – İmza at, 100 milyon bonus al

“Real”ın yarımmüdafiəçisi Toni Kroos karyerasını Fransada davam etdirə bilər.

Aut.az “El Nacional”a istinadən xəbər verir ki, PSJ 32 yaşlı almaniyalını 2023-cü ilin yayında pulsuz transfer etməyi planlaşdırır. Kroosun “Real”la müqaviləsi mövsümün sonunda başa çatır.

Mənbənin məlumatına görə, PSJ Kroosa 3 illik müqaviləyə görə 25 milyon, imza bonusu da olaraq 100 milyon avro təklif edir.

Kroos 2014-cü ilin yayında “Bavariya”dan “Real”a keçib. O, bu mövsüm 18 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az  

Exit mobile version