AUT.AZ

“Yuve”nin futbolçusu “Milan”a təklif olunub

“Yuventus”la müqaviləsi mövsümün sonunda başa çatacaq kolumbiyalı yarımmüdafiəçi Xuan Kuadrado “Milan”a təklif olunub.

Ancaq “Milan” rəhbərliyinin bu təklifə münasibəti haqda məlumat verilmir. Aut.az xəbər verir ki, bu barədə “Calciomercatoweb” məlumat yayıb. “Milan”ın yarımmüdafiə xəttində problemlər var, ona görə də bu mövqeyə futbolçu axtarırlar.

Amma Kuadradonun 35 yaşı olduğu üçün, ola bilsin ki,  İtaliyanın hazırkı çempionu onu pulsuz da qəbul etməsin.

Kuadrado 2015-ci ildən “Yuventus”da çıxış edir. O vaxtdan bəri yarımmüdafiəçi bütün yarışlarda 286 oyuna çıxıb, 24 qol vurub və 65 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version