AUT.AZ

Ya məvacibin azaldılmasına razılaşacaq, ya da..

“Mançester Yunayted”in qapıçısı David de Xea İngiltərədə qalmaq istəsə, maaşının azaldılmasına razı olmalıdır.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Daily Star” yayıb.

İndi 32 yaşlı qapıçı həftədə 428 000 avro alır və klub onun maaşını 314 000 avroya qədər (26 faiz) azaltmaq istəyir.

De Xeanın müqaviləsi mövsümün sonunda başa çatır. “Mançester Yunayted”in müqaviləni avtomatik olaraq daha bir il uzatmaq hüququ var. Ancaq futbolçunun maaşı yüksək olduğu üçün klub onu aktivləşdirməyə hazırlaşmır.

De Xea bu mövsüm bütün yarışlarda 19 oyunda 22 qol buraxıb və 9 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. İspaniya yığmasının dünya çempionatına gedəcək heyətinə düşməyən qolkiper 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir.

Aut.az

 

Exit mobile version