AUT.AZ

“Qarabağ”ı büdrədən “sərfəli sülh”

Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə “Sumqayıt” Şamaxıda eyniadlı komandanın qonağı olub. Turun açılış matçında nə az, nə çox, 6 qol qeydə alınıb. Meydanı qalib kimi tərk edən isə “Şamaxı” olub.

Son vaxtlar uğursuz çıxışla yadda qalan “Zirə”nin rəqibi isə “Səbail” idi. Rəşad Sadıqovun yetirmələri minimal hesabla qalib gələrək, nisbətən rahatlaşdılar. “Səbail”in isə nə vaxt qalib gələcəyini heş fələk də bilmir, yəqin ki. Bəlkə də, bu komandanın dirçəlməsi Mahmud Qurbanovun istefasına bağlıdır.

“Neftçi”  “Qəbələ” ilə üz-üzə gəldi. Bu qarşılaşma Bakı təmsilçisi üçün böyük əhəmiyyət daşıyırdı. Birinci və ikinci pillədən xeyli uzaqlaşan “Neftçi” üçüncü sırada mövqeyini möhkəmlətmək üçün bu oyunda qələbə qazanmalı idi. “Qəbələ” daha yaxşı oyun sərgiləsə də, “Neftçi” yaratdığı imkanlardan maksimum yararlanaraq, qələbə qazandı. Beləliklə, “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf vətəninə “qaçışı” təxirə düşmüş oldu. Hələ ki…

Bu tur qərb derbisi ilə də əlamətdar oldu.  “Turan Tovuz” Gəncədə “Kəpəz”lə qarşılaşdı və qonşular bir-birini incitməyərək, sülhə razılaşdılar.

Turun mərkəzi oyununda lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ı qəbul etdi. Bu qarşılaşma, bəlkə də mövsümün oyunu sayılırdı, hər iki komanda üçün vacib idi. “Qarabağ” qalib gəlsə, hətta gələn ilin fevralında “Gent”lə oyun üçün də üstünlük qazanmış olacaqdı. Çünki çempionluq mübarizəsində nə qədər üstün olacaqsa, avrokubok qarşılaşmasına bir o qədər rahat hazırlaşacaq. Deməli, bu oyun “Gent”lə qarşılaşmadan da vacib sayılmalı idi “Qarabağ” üçün.  “Sabah” isə bu qarşılaşmadan qələbə il ayrılsa, çempionluq mübarizəsində intriqa birə beş artacaqdı. “Sabah”ın üstün təsir bağışladığı oyunda qapılara qol vurulmadı. Sülh “Qarabağ”a sərf etdi, ən yaxın izləyicisi ilə xal fərqini qorudu, baxmayaraq ki, mövsümdə ilk dəfə xal itirdi.

Azərbaycan Premyer Liqası, 14-cü tur
11 noyabr

Şamaxı – Sumqayıt 4:2
Qol: 
Rövşən Şahmuradov, 8. Nihad Quliyev, 33. Kamran Quliyev, 62; 66 – Vüsal İsgəndərli, 14. Rüfət Abdullazadə, 69.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev
Şamaxı şəhər stadionu, 14:30

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 43. Riçard Qadze, 12. Todor Todoroski, 22. Damian Daniçiç
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç
Baş məşqçi: Samir Abasov

12 noyabr

Zirə – Səbail 1:0
Qol: R.Sadıxov, 73.
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu, 16:00.

Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov

Səbail: 1. Emil Balayev (k), 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa
Baş məşqçi: Mahmud Qurbanov

Neftçi – Qəbələ 2:0 
Qol: K.Sayef, 24. Rəhman Hacıyev, 76. 
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“Bakcell Arena”, 18:30.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 4. Solomon Kvirkveliya, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 23. Rafael Utziq, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

13 noyabr

Kəpəz – Turan Tovuz 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Munis Abdullayev
Gəncə şəhər stadionu, 14:30.

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 32. Elvin Yunuszadə, 80. Tural Rzayev. 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov

Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 60. Səbayıl Bağırov, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev. 15. Vüsal Məsimov, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Sabah – Qarabağ 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
“Bank Respublika Arena”, 17:00.

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 1. Aleksandr Neçayev, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov

Exit mobile version