AUT.AZ

Qvardiola futbola çox ziyan vurdu – Messi

Lionel Messi vaxtilə rəhbərliyi altında oynadığı Qvardiola haqda danışıb.

Aut.az xəbər verir ki, Leo Pepin futbol fəlsəfəsini yüksək qiymətləndirib:

“Qvardiola futbola çox ziyan vurdu. Niyə bu fikirdəyəm? Çünki kənardan elə hiss olunurdu ki, bizim “Barselona”da gördüyümüz iş çox sadədir. Ona görə də hamı onun surətini yaratmaq istəyirdi.

Bir çox yerlərdə Qvardiolanın ideyasını gördüm. Elə anlarda nə boyda nəhəng iş gördüyümüzü anlayırıq.

Heç şübhəsiz ki, Qvardiolada, matçları izləmək, onlara hazırlaşmaq və fikirlərini çatdırmaq üçün xüsusi bacarıq var”.

Xatırladaq ki, Messi və Qvardiola 2008-2012-ci illərdə “Barselona”da birgə çalışıb.

Aut.az

Exit mobile version