AUT.AZ

PSJ-nin hədəfindəki 15 yaşlı istedad

PSJ klubu “Hayduk”un xorvatiyalı müdafiəçisi Luka Vuşkoviçin xidmətində maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Skira sosial şəbəkədə məlumat yayıb.

Fransa klubunun nümayəndələri futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. PSJ müdafiəçi üçün dörd milyon, bonus olaraq isə bir milyon avro təklif edir.

15 yaşlı müdafiəçi bu ilin oktyabrında Xorvatiyanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində 3 oyuna çıxıb və İsveçlə matçda fərqlənə bilib.

Exit mobile version