AUT.AZ

“Onda biz başımızı qaşıyacağıq” – Şokdadır

Britaniyalı futbol eksperti Pol Merson İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyti tənqid edib.

Aut.az xəbər verir ki, Merson Sautqeytin DÇ üçün açıqladığı heyətdən narazıdır. O, “Daily Star”a açıqlamsında iddia edib ki, dizindəki zədəni sağaltmaqda olan müdafiəçi heyətdə yoxdursa, İngiltərə çempion ola bilməz:

“Bu komanda Ceyms olmadan dünya çempionu ola bilməz.  O, start heyətinə uyğundur. Əgər onu aparsaydıq, hər oyunda meydana çıxacaqdı. O, bizim ən yaxşı oyunçularımızdan biridir.

Bu vəziyyət Harri Keynin başına gəlsəydi, məşqçilər korpusu belə deyəcəkdi: “Onu turnirə aparıb qrup mərhələsindən sonra istifadə edərik”.

Trent Alexander-Arnold qrup mərhələsində oynaya bilər. Qrup mərhələsində biz topa 70 faiz sahib olacağıq və o, dünya çempionu kimi görünəcək.

Bəs sonra? Pley-offda Fransa ilə qarşılaşanda Trent yuxuya gedəcək və Kilian Mbappe qol vuracaq. Onda biz başımızı qaşıyacağıq. Mən şokdayam”.

Aut.az

Exit mobile version