AUT.AZ

“Liverpul”u Mukeş alır – Onu heç nə qorxutmur

Hindistanlı milyarder Mukeş Ambani “Liverpul”u almaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Mirror” yayıb.  Mukeş dünyanın ən varlı səkkizinci adamıdır, 102 milyard avro sərvətə sahibdir.

Bildirilir ki, Ambani artıq klubla bağlı sorğular aparır. Hindli milyarder futbolun böyük pərəstişkarıdır və klubun hazırkı sahiblərinin tələb etdiyi qiymət də onu qorxutmur.

Daha əvvəl Dubaydan olan investorların “Liverpul”u almaqda maraqlı olduğu barədə məlumat yayılmışdı.

Xatırladaq ki, “Fenway Sports Group”un rəhbəri və “Liverpul”un sahibi Con Henri klubu satmağa hazır olduğunu deyib. Amerikalı milyarder komanda üçün 4,6 milyard avro tələb edir.

Aut.az

Exit mobile version