AUT.AZ

“Beşiktaş”ın oyunu təxirə salındı – 6 nəfər həyatını itirdi

Aut.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Buna İstanbulun İstiqlal küçəsindəki partlayış səbəb göstərilib. Hadisə nəticəsində azı 6 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu üzdən də təhlükəsizlik səbəbi ilə “Beşiktaş”ın stadionunda keçirilməli olan matçın başqa tarixdə oynanılmasına qərar verilib.

“Vodafone Park”da keçirilməli olan bu qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start verilməli idi. Arenaya toplaşan azarkeşlərin evlərinə getməsi xahiş olunub.

Exit mobile version