AUT.AZ

“Barsa” girinc qalıb, türkü istəyir, amma…

“Barselona” bu qış “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etməkdə maraqlıdır.

Aut.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu bu qış hücumameyilli yarımmüdafiəçi almaq niyyətindədir.

“Barsa”nın prioriteti və Xavinin şəxsi istəyi “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvadır. Bununla belə, “Barsa” rəhbərliyi anlayır ki, qışda portuqaliyalı ilə müqavilə bağlamaq, demək olar ki, mümkün olmayacaq.

Bu səbəbdən “Barselona” rəhbərliyi alternativ variantları nəzərdən keçirib  və “Mançester Siti” ilə müqaviləsi bu yay başa çatan Gündoğanın namizədliyi üzərində dayanıblar. Kataloniyalılar 32 yaşlı yarımmüdafiəçini çox bəyənirlər, o, klubun bu mövqedə oyunçu tələblərinə uyğundur.

Eyni zamanda, “Barsa” türk əsilli almaniyalını qışda transfer etməyin çətin olacağını başa düşür, çünki Pep Qvardiola da ona arxalanır.

Aut.az

Exit mobile version