AUT.AZ

“Barsa” da onu istəyirmiş, amma…

Antonio Rüdiger “Çelsi”dən “Real”a keçidinin təfərrüatları haqda məlumat verib.

Aut.az xəbər verir ki, futbolçu AS nəşrinə açıqlamasında onu “Barselona”nın da istədiyini bildirib:

“Əlbəttə, mənə bir çox komandalar müraciət etdilər, amma yalnız iki variantı nəzərdən keçirdim – “Çelsi” və “Real”. 5 il Londonda olmuşdum və müəyyən statusum var idi. Orada qala və ya “Real”a keçə bilərdim.

“Barselona” da mənim xidmətimdə maraqlı idi. Amma onların təklifini qəbul edə bilməzdim. “Real” mənim üçün uşaqlıq arzusu idi. Bu komanda mənə əlçatmaz görünürdü.

Siz, sadəcə bu komandanın formasını geyinən futbolçulara baxın: Zidan, Ronaldo, Kriştiano Ronaldo.

Modriç, Kroos və Benzema kimi futbolçularla bir komandada olmaq fürsətini əldən verə bilməzdim”.

Aut.az

Exit mobile version