AUT.AZ

Azərbaycan millisinin heyəti açıqlandı

Noyabrın 15-dən 20-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq U-21 yığmamızın heyəti bəlli olub.

Aut.az xəbər verir ki, baş məşqçi Samir Əliyev 24 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, U-21 millimiz noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Yığmamızın heyəti aşağıdakı kimidir:

Rza Cəfərov, David Orucov, Hüseyn Babayev, Rüfət Abbasov, Elcan Əbilov, Ramin Nəsirli (hamısı “Neftçi”), Yusif İmanov, Rüstəm Samiqullin, Camal Cəfəov (hamısı “Sabah”), Xəyyam Hüseynov, Veysəl Rzayev, Elçin Qasımov (hamısı “Turan Tovuz”), Şirxan Həsənzadə, Nəriman Axundzadə (hər ikisi “Qarabağ”), Abdulla Rzayev, Mirəli Əhmədov, (hər ikisi “Şamaxı”), İbrahim Ramazanov, Süleyman Damadayev, Emil Səfərov (hamısı “Qəbələ”), Murad Vəliyev ( “Levadia”, Estoniya), Nihat Fərəcli (“Tus Koblenz”, Almaniya), Tuqay Əlizadə (“Araz Naxçıvan”), Samir Abdullayev (“Səbail”), Mustafa Yıldırım (“Çorum”, Türkiyə)

Exit mobile version