AUT.AZ

“Siti”dən daha şanslı olublar – Halandı almaq üçün

“Bavariya”nın prezidenti Herbert Hayner bildirib ki, Erlinq Halandı “Siti”yə keçməzdən əvvəl transfer etmək şansları olub.

Aut.az xəbər verir ki, Herbert “Mediengruppe Bayern”-ə açıqlamasında bunu etiraf edib, amma norveçlini niyə transfer etmədiklərinin səbəbini deməyib:

“Haland dünyanın bütün top-klublarını maraqlandırır və bizim onu transfer etmək şansımız “Siti”dən daha çox idi.

Digər top-klublarla müqayisədə maliyyə imkanlarımız az ola bilər, amma fərdiliyimiz sayəsində üstünlük qazana bilirik.

Futbolçularımız maaşlarını vaxtında alır, onlara bir ailə kimi yanaşırlar. Biz, həmçinin perspektiv təklif edirik, çünki bu, oyunçular üçün ən vacib amildir”.

Aut.az

Exit mobile version