AUT.AZ

Qətər futbola puldan savayı nə verə bilər? – Etiraz

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı milli çempionatlara fasilə verilməsi haqda danışıb.

Aut.az “Tuttomercatoweb”ə istinadən xəbər verir ki, Sarri “Monza” ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib və narazı olduğunu aşkar büruzə verib:

“Mövsümün ortasında dünya çempionatı üçün fasilə? Mənə görə bu, futbola təhqirdir. Kimsə mənə izah edə bilər ki, Qətər futbola nə verə bilər? Puldan başqa heç nə. “Mançester Siti” və PSJ üçün pul, vəssalam. Kimsə məntiqli bir arqument gətirə bilsə, fikrimi dəyişərəm.

Amma onu da deyim ki, xeyli zədəli oyunçumuzun olduğunu nəzərə alsaq, bu fasilə bizim xeyrimizədir”.

Noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatı zamanı İtaliya çempionatında, o cümlədən digər Avropa ölkələrinin çempionatlarında fasilə nəzərdə tutulub. “Latsio” noyabrın 13-də “Yuventus”la qarşılaşacaq, növbəti matç isə yalnız yanvarın əvvəlində keçiriləcək.

Aut.az

Exit mobile version