AUT.AZ

Peresin Mourinyo planı

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Real”a qayıda bilər.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “La Repubblica” yayıb. Mənbənin bildirdiyinə görə, gələn mövsüm Karlo Ançelottinin müqavilə müddəti bitir.

Əgər italyan mütəxəssis getmək qərarı verərsə, Madrid klubunun prezidenti Florentino Peres Mourinyonu dəvət etməyi planlaşdırır.

Ancaq potensial namizədlər siyahısında başqa məşqçilərin də adları var. Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir. Portuqaliyalı 2021-ci ilin iyulundan “Roma”da çalışır.

Portuqal mütəxəssis daha əvvəl “Real”da işləyib. O, “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”də də çalışıb.

Aut.az

Exit mobile version