AUT.AZ

Ona meymun deyənlərə görə oynamaq istəmirmiş

PSJ-in və Fransa yığmasının hücumçusu Kilian Mbappe futboldakı irqçilikdən danışıb.

Aut.az xəbər verir ki, Kilian “Sports Illustrated”a açıqlamasında irqçilik təzahürləri ilə necə mübarizə aparması haqda da məlumat verib:

“Əvvəllər fikirləşirdim ki, mənə meymun deyənlər üçün oynaya bilmərəm.  İsrar edirdim ki, oynamayacağam. Amma sonra mənimlə oynayan, məni ruhlandıran insanlarla bu haqda danışdım. Və qərara gəldim ki, bu addımım mənim təslim olmağımın göstəricisi sayılacaq. Çünki hesab edirəm ki, mən hamıya nümunə olmalıyam.

Bu, yeni Fransadır… Məhz buna görə də mən milli komandada oynamağa davam edirəm. Gənc nəslə “biz birlikdə güclüyük” mesajını vermək üçün”.

23 yaşlı Mbappe Fransa yığmasının heyətində 59 oyuna çıxıb, 28 qol vurub.

Aut.az  

Exit mobile version