AUT.AZ

Kapitanı 30 milyona satırlar – 87 milyona almışdılar

“Mançester Yunayted” qış transfer pəncərəsində müdafiəçi Harri Maquayrı satmaqda maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti xəbər verib. “Qırmızı şeytanlar” 29 yaşlı futbolçunu 30 milyon avroya satmağa hazırdırlar.

Xatırladaq ki, MY Maquayrı 2019-cu ilin yayında “Lester”dən 87 milyon avroya alıb. Bu, onun mövqeyində bir oyunçu üçün ödənilən ən böyük məbləğdir.

Harri “Mançester Yunayted”də 153 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Maquayr “Mançester Yunayted”in kapitanıdır.

Aut.az

Exit mobile version