AUT.AZ

İspaniya olmasa, Messi olsun – Sizcə, bunu kim deyər?

“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Pedri Qətərdə keçiriləcək dünya çempionatında milli komandasının şanslarını dəyərləndirib.

Aut.az “Marca”ya istinadən xəbər verir ki, Pedri dünya çempionatının əsas favoriti hesab etdiyi komandaların adlarını da  açıqlayıb:

“İspaniya dünya çempionatını qazana bilərmi? Turnir başlamazdan əvvəl bu suala cavab vermək çətindir, biz vəziyyətə əsaslanmalıyıq. Bizim yaxşı şanslarımız var və çempion olmaq üçün çalışmalıyıq.

İki əsas favorit? Braziliya və Argentina güclü komandalardır. Düşünürəm ki, Leo Messi Dünya Kubokunu qazanmağa layiq idi. İspaniya dünya çempionu olmasa, Argentina qalib gəlsin. Ümid edirəm ki, qalib gələcəyik, amma alınmasa, onda Messi qazansın, o, buna layiqdir.

Dünya çempionatında hansı komandaya – Braziliyaya, yoxsa Argentinaya qarşı oynamaq istəyirəm? Arzum finalda oynamaqdır. Buna görə də Argentina – Messi ilə, ya da Hollandiya- Frenkie de Jonqla oynamaq istərdim”.

Aut.az

Exit mobile version