AUT.AZ

Azərbaycanlının komandasında qlobal təmizləmə olacaq

Rusiyanın “Ximki” klubu qış transfer pəncərəsində heyətdə  qlobal təmizləmə planlaşdırır. Aut.az xəbər verir ki, bu barədə “Çempionat” məlumat yayıb.

Böyük ehtimalla, “Ximki”ni aşağıdakı oyunçular tərk edəcək: Tixiy, Filin, Danilkin, İdolvu, Yuran, Kamışev, Dolqov, Kuxarçuk, Qluşakov. Mirzov, Nikitin və Lantratov.

Daha əvvəl “Match TV” məlumat yaymışdı ki, Moskva vilayəti klubunun təxminən on futbolçusu qış transfer pəncərəsində satışa çıxarılacaq. Bu barədə “Ximki” – “Torpedo” oyunundan sonra açıqlama verilməlidir.

“Ximki” Rusiya Premyer Liqasının cari mövsümündə 16 turdan sonra 12 xalla sonuncu, 15-ci yerdədir. Komandanın əsas investoru azərbaycanlı iş adamı Tufan Sadıqovdur. Məşhur azərbaycanlı mütəxəssis Nazim Süleymanov “Ximki”nin U-19 komandasının baş məşqçisidir.

Aut.az

Exit mobile version