AUT.AZ

60 milyon təklif etdilər – Ukraynalı futbolçuya görə

London “Arsenal”ı ukraynalı futbolçu Mixail Mudriki transfer etmək istəyir.

Aut.az xəbər verir ki, “topçular” ona görə “Şaxtyor”a 60 milyon avroluq təklif göndəriblər. Bu barədə jurnalist Mirko Di Natale “Tvitter” hesabında məlumat verib. Transfer qış transfer pəncərəsində baş tuta bilər.

“Arsenal”, hələ 2022-ci ilin yayında Mudriki transfer etməyə cəhd göstərib. Amma həmin vaxt tərəflər razılığa gələ bilmədilər. Daha sonra “topçular” futbolçu üçün 30 milyon avro təklif etdilər. Amma məlumat yayıldı ki, “Şaxtyor” Mudrik üçün 60 milyon avrodan yüksək olan təklifləri nəzərdən keçirməyə hazırdır.

21 yaşlı Mudrik “Metalist”in  yetirməsidir. O, “Dnepr”in akademiyasında da olub, 2016-cı ildən “Şaxtyor”da çıxış edir. Mudrik bu mövsüm bütün yarışlarda 15 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version