AUT.AZ

21 yaşında gecə klublarına gedin – Pikedən məsləhət

Karyerasını bitirdiyini açıqlayan Jerar Pike futbolçuların həyat tərzi ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Pike “Marca”ya açıqlamasında bildirib ki, insanların futbolçuları anlaması olduqca vacib şərtdir:

“Mən başa düşürəm ki, insanlar futbolu çox sevirlər, lakin onlar da başa düşməlidirlər ki, oyunçular da insandır. Siz təkcə məşq edən, yeyən və yatan bir robot deyilsiniz. Sosial həyat sürmək, məclislərə getmək lazımdır.

20 ilə yaxın karyeram oldu, yüksək səviyyədə oynadım. Bu o deməkdir ki, özümə diqqət yetirmişəm. Amma gecə məclislərinə gedirdim. 20 yaşına çatanda cəmiyyətə çıxmalısan. 21 yaşına çatanda isə mütləq əyləncəli gecələrdə iştirak et. Əgər 5 il gəzməsən, həyat qaranlıqlaşacaq.

Əyləncə məclislərində axşam yeməyi yeyirsən, gecə saat ikiyə qədər müəyyən içkilərin dadına baxırsan, ertəsi gün məşqı çıxırsan və özünü əla hiss edirsən. Həyatımda heç vaxt matçdan əvvəl gəzintiyə çıxmamışam. Cəmisi bir dəfə – ilk dəfə trebl edib La-Korunya getdiyimiz vaxt olub. Qvardiola mənə dedi ki, oyundan əvvəl bayıra çıxma, çünki o, məni meydana buraxacaqdı. Amma sözə baxmadım, getdim və 60-cı dəqiqədə zədələndim”.

Aut.az

Exit mobile version