AUT.AZ

Ümid cadugərədir – Deyir ki, mütləq orada olmalısan

Seneqal Futbol Federasiyası yığma komandanın lideri Sadio Manenin dünya çempionatına qədər sağalması üçün bütün variantları sınaqdan keçirəcək.

Aut.az xəbər verir ki, Mane üçün türkəçarə həkimə – şamana da müraciət etmək planlaşdırılır. Bu barədə məlumatı FİFA-nın Seneqaldan olan baş katibi Fatma Samura verib. O, “Europe 1”-ə açıqlamasında belə deyib:

“Manenin zədələnməsi çox üzücü xəbərdir. Ona kömək etmək üçün şamanlara müraciət edəcəyik. Effekti olacaq? Onların həqiqətən kömək edəcəklərini dəqiq bilmirəm, amma hər halda biz bunu edəcəyik. Yalnız möcüzələrə ümid edə bilərik. O, orada olmalıdır. Sadio, 21 noyabrda orada olmalısan”.

Xatırladaq ki, “Bavariya”nın hücumçusu Bundesliqanın 14-cü turunun “Verder”lə oyununda (6:1) zədə alıb və ilkin məlumata görə, bir ay yaşıl meydanlardan kənarda qalacaq. Seneqal millisi DÇ-də ilk oyununu noyabrın 21-də Hollandiyaya qarşı keçirəcək.

Aut.az

Exit mobile version