AUT.AZ

“Qol silahı” sıradan çıxdı

DÇ-2022 ərəfəsində Serbiya millisi ciddi itki ilə üzləşib. 

Aut.Az xəbər verir ki, Portuqaliyada qələbə qolu ilə serbləri Qətərə aparan “Fulhem”in hücumçusu Aleksandar Mitroviçin ayağında sınıq aşkarlanıb.

 

Məlumatı “The Athletic Football”ın əməkdaşı Petr Rutzler yayıb. Mənbənin məlumatına görə, forvardın ayağında iki kiçik sınıq var. O, het-trik etdiyi Serbiya – İsveç matçında xəsarət alsa da, sonrakı matçlarda meydana çıxdığı üçün zədəsi xeyli pisləşib.Böyük ehtimalla o, “Fulhem”in fasilədən əvvəl son matçında oynamayacaq.

Mitroviçin Qətərə hansı vəziyyətdə gedəcəyi məlum deyil. Hələlik onun ilk oyuna kimi sağalıb-sağalmayacağı bilinmir.

Serbiya qrupda Braziliya, İsveçrə və Kameruna rəqib olacaq.

Exit mobile version