AUT.AZ

Qadağa

FİFA dünya çempionatı ərəfəsində Danimarka millisinə üzərində “insan hüquqları hamı üçündür” yazılmış məşq köynəyi geyinməyi qadağan edib.

Aut.Az  xəbər verir ki, bu barədə Danimarka Futbol İttifaqının (DBU) prezidenti Yakob Yensen açıqlama ilə çıxış edib.

 

“Bu gün FİFA-dan xəbər aldıq ki, oyunçularımızın geyinməli olduğunu məşq formaları texniki səbəblərdən rədd edilib. Biz buna təəssüf edirik. Hesab edirik ki, “İnsan hüquqları hamı üçündür” mesajı universaldır və özündə siyasi çağırışları ehtiva etmir”.

Qeyd edək ki, mundial noyabrın 20-də başlayacaq. Danimarka D qrupunda Fransa, Avstraliya və Tunislə mübarizə aparacaq.

Exit mobile version