AUT.AZ

Makron Mbappeni necə yoldan çıxardıb?

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa prezidenti Emmanuel Makronun 2022-ci ilin əvvəlində ona zəng etdiyini xatırladıb.

Aut.az xəbər verir ki, həmin vaxt 23 yaşlı futbolçu azad agent kimi “Real” keçməyə yaxımnn olub. Lakin Makronun zəngindən sonra fikrini dəyişib və PSJ ilə 3 illik müqavilə bağlayıb.  O, “Sports Illustrated”ə açıqlamasında belə deyib:

“Makron mənə zəng etdi və dedi: “Bilirəm ki, getmək istəyirsən. Demək istəyirəm ki, siz Fransada da önəmlisiniz. Getməyinizi istəmirəm. Burada tarix yazmaq imkanınız var. Hamı səni sevir”. Dedim ki, bunu qiymətləndirirəm, çünki bu, həqiqətən də ağlasığmazdır: ölkə prezidenti sizə zəng edir və qalmanızı istəyir”.

Mbappe PSJ-də 2017-ci ildən çıxış edir. Bu mövsüm 19 oyunda 18 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az 

Exit mobile version