AUT.AZ

Məşhur aparıcını açıq-saçıq geyiminə görə qınadılar – Fotolar

İtaliyalı məşhur aparıcı efir üçün həddindən artıq açıq-saçıq geyinməkdə günahlandırılıb.

Aut.az xəbər verir ki, söhbət italiyalı aparıcı Diletta Leottadan gedir. Məlumata görə, o, müsahibələrinin birində işlətdiyi cümlə ilə diqqət mərkəzinə düşüb. Diletta Leotta deyib ki, “futbolla maraqlanırsınızsa, o zaman sadəcə matçı izləməyin, mənə də fikir verin”.

Hətta bir müddət əvvəl oyunsonrası müsahibə götürərkən azarkeşlərin xorla “sinənizi açıb bizə göstərin” qışqırması da İtaliya mediasında ən çox müzakirələrə səbəb olmuşdu. Jurnalist isə azarkeşlərin bu addımına belə cavab verib:

“Təhqir hesab etmədim, əksinə gülərək onlara qarşılıq verdim”.

Leottanın həmkarı, jurnalist Katerina Kollovati onun qalmqallı fikrinə sosial şəbəkədə maraqlı reaksiya göstərərək aranı daha da “qızışdırıb”:

“Düşünürəm ki, jurnalist stadiona bu cür açıq-saçıq geyimdə gedirsə, o, azarkeşlərin ona qulaq asmasına yox, baxmasına üstünlük verir”.

Hər iki jurnalistin fikirləri sosial şəbəkələrdə müzakirə dalğasına səbəb olub. Amma insanlar açıq-saçıq geyinən Leottadan daha çox onu tənqid edən həmkarı Kollovatiyə dəstək durublar.

Müzakirə iştirakçıları bildiriblər ki, Diletta jurnalist deyil, ona görə də onun peşə etikasına riayət etməyə ehtiyacı yoxdur:

“Heç kim onun, fiziki göstəriciləri sayəsində çox şey əldə etdiyini inkar etməyəcək”.

Bildirilir ki, açıq-saçıq geyimi ilə italyan mediasında “Meksika dalğası” yaradan Leotta Sardiniyada anadan olub.

“Vikipediya”nın italyan versiyasında onun populyarlığından bəhs edən səhifə var. O da vurğulanır ki, Leotta ən məşhur İtalyan televiziya aparıcılarından biridir.

İddialara görə, internetdə hətta onun smartfonundan qeyri-qanuni yolla əldə edilmiş fotoşəkillərin arxivi də mövcuddur.

Onun, şəkillərini sevgililərinə və ya dostlarına “What’sApp” vasitəsilə göndərdiyi bildirilir.

 

Exit mobile version