AUT.AZ

Blatter də deyir ki, İran qovulmalıdır

FİFA-nın sabiq prezidenti Yozef  Blatter deyib ki, İran 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılmalıdır.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Blick” yayıb. Tanınmış funksioner hesab edir ki, İran daxilində qadınların hüquqları pozulduğu, Rusiyaya silah satıldığı üçün belə bir qərar verilməlidir:

“İran Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılmalıdır. Mən FİFA prezidenti olsaydım, bu komandanı qovardım”.

Xatırladaq ki, daha əvvəl Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsi İranın dünya çempionatında iştirakına qadağa qoyulması tələbi ilə FİFA-ya müraciət etmişdi.

Avropanın bir sıra ölkələri də İranı İtaliya ilə əvəzləmək çağırışları ediblər.

İran İngiltərə, Uels və ABŞ-la bir qrupda yer alıb.

Aut.az

Exit mobile version