AUT.AZ

DÇ-2022: Seneqalın heyəti

Seneqal milli komandasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti məlum olub.

Aut.az xəbər verir ki, baş məşqçi Aliu Sisse 26 futbolçuya dəvət göndərib. Heyətdə zədəli olan Sadio Mane də yer alıb.

Seneqal yığması A qrupunda Niderland, Ekvador və meydan sahibi Qətərlə mübarizə aparacaq. Mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.

Exit mobile version