AUT.AZ

Öncə onlar getdi

ABŞ millisi Qətərdə keçiriləcək dünya çempionatı üçün bu ölkəyə yollanıb.

Aut.az xəbər verir ki, yığma paytaxt Dohanın şimalındakı süni adada yerləşən Malas Kempinski otelində məskunlaşıb. ABŞ mundial üçün Qətərədə gələn ilk komandadır.

Yığmanın Avropa klublarında oynayan futbolçuları növbəti həftə düşərgəyə qatılacaq.

ABŞ DÇ-2022-nin B qrupunda İngiltərə, İran və Uelslə qarşılaşacaq.

Mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.

Exit mobile version