AUT.AZ

Darmadağın oldu

Azərbaycanlı mütəxəssis Novruz Əzimovun rəhbərlik etdiyi “Dinamo-Avto” Moldova çempionatında növbəti matçına çıxıb.

Aut.az xəbər verir ki, Tiraspol təmsilçisi səfərdə “Daçiya Buyukan”la qarşılaşıb. Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

“Dinamo-Avto” Moldova Super Liqasında 14 turdan sonra 14 komanda arasında 0 xalla sonuncudur.

Exit mobile version