AUT.AZ

Az qalıb ki, dəli olsun – Peres Superliqadan danışanda

Karyerasını bitirdiyini açıqlayan Jerar Pike “Real”ın prezidenti Florentino Peresin Superliqa ideyasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Pike “Marca”ya açıqlamasında karyerasını başa vurmasından da danışıb:

“Florentino müasir insanları cəlb edən məsələlərdən danışanda haqlıdır, mən bununla razıyam. Amma Superliqanı problemin həlli kimi görmürəm.

Superliqanın təqdimatı tam axmaqlıq idi – təəccübləndim. Peres ulduzları “Real”a yığarkən səhvə yol verdi, lakin sonra hər şey dəyişdi və bu da təqdirəlayiqdir. Amma “El Chiringuito”nun efirində təkbaşına Super Liqa təqdimatı… Az qaldı dəli olam.  Onun nəyə nail olmaq istədiyini bilmirəm.

Karyeramın sonu? Mən həmişə agentimə demişəm ki, “Barsa”nı tərk etməyəcəm. Əgər “Barselona” 28-29 yaşımda mənimlə müqaviləmi yeniləməsəydi, karyeramı bitirərdim. Başqa motivasiyam yox idi”.

Aut.az

Exit mobile version