AUT.AZ

4 ay oynamayacaq

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Raşid Gezzal uzun müddət komandaya kömək edə bilməyəcək.

Aut.az xəbər verir ki, ABŞ-da ayaq barmağından əməliyyat olunan 30 yaşlı vinger 2 ay sonra fərdi məşqlərə başlayacaq. Əlcəzairli futbolçnun 4 ay sonra isə yaşıl meydanlara qayıda biləcəyi gözləmilir.

Qeyd edək ki, Raşid Gezzal 2020-ci ilin yayından “Beşiktaş”da çıxış edir. Təcrübəli futbolçu cari mövsümdə “qara qartallar”ın heyətində meydana çıxdığı 5 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version