AUT.AZ

17 yaşında tarixə düşdü

“Latsio” A Seriyasının XIV turunda “Montsa”nı məğlub edib – 1:0.

Aut.az xəbər verir ki, paytaxt təmsilçisinin yeganə qolunu 69-cu dəqiqədə Luka Romero vurub. O, “Latsio”da 17 yaş 11 ay 23 günlüyündə fərqlənib. Romero XXI əsrdə qol vurmağı bacaran ən gənc “Latsio”lu olub.

Klub tarixinin ən gənc qol vuranı isə Fulvio Bernardinidir. O, 1958-ci ildə “Yuventus”la oyunda qol vuran zaman 16 yaş, 2 ay və 19 günlük olub.

Exit mobile version