AUT.AZ

Ya futbolçularına nəzarət et, ya da 94 min ödə

İngiltərə Futbol Assosiasiyası “Mançester Yunayted”i cəzalandırıb.

Aut.az “The Sun”a istinadən bildirir ki, FA “qırmızı şeytanları” oyunçularına nəzarət edə bilmədiyi üçün cərimə edib. Oktyabrda baş tutan “Nyukasl” və “Çelsi” ilə matçlarda MY-in futbolçularının davranışı komandanı 94 min avro ziyana salıb.

Məlumata görə, “sağsağanlar”la 0:0 hesabı ilə başa çatan matçda mankunianlılar Kriştiano Ronaldonun sayılmayan qoluna görə hakimə kəskin irad bildiriblər. Buna görə klub 51 min avro cərimələnib.

“Çelsi” ilə oyunda (1:1)  isə “qırmızı şeytanlar”ın futbolçuları qapılarına təyin olunan penalti ilə razılaşmayaraq, hakimə etiraz ediblər.  Bu etiraza görə də 43 min avro ödəməli olacaqlar.

Aut.az

 

Exit mobile version