AUT.AZ

“Sabah”ın futbolçusu yığmada

“Sabah”ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.

Aut.Az xəbər verir ki, məlumatı yerli assosiasiyanın rəsmi saytı yayıb.

O, noyabrın 19-da İsrail, noyabrın 21-də Gürcüstanla yoldaşlıq matçları üçün heyətdə yer alacaq.

Yığmanın 15-22 noyabrda Gürcüstanda təlim-məşq toplanışı planlaşdırılır.

Qeyd edək ki, Ukraynanın U-21 millisi 2023-cü ildə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Komanda B qrupunda Rumıniya, İspaniya və Xorvatiya ilə mübarizə aparacaq.

Exit mobile version