AUT.AZ

Sabiq “Qarabağ”lı istefaya göndərildi

“Adanaspor” baş məşqçi Öndər Karavelini istefaya göndərib.

Aut.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 48 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

Karaveli sentyabrda “Adanaspor”a baş məşqçi təyin edilib. I liqa təmsilçisi onun rəhbərliyi altında 8 oyunda 3 qələbə qazanıb, 4 dəfə məğlub olub.

Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək “Qarabağ”ın akademiyasında çalışıb. O, ötən mövsümdə “Beşiktaş”ın baş məşqçisi olub.

Exit mobile version