AUT.AZ

Qadağa – qolf oynamayacaq

Uels yığmasının baş məşqçisi Rob Peyc dünya çempionatı zamanı futbolçulara bir sıra qadağalar tətbiq edəcək.

Aut.az xəbər verir ki, bu qadağalardan yığmanın lideri Qaret Beylə də “pay” düşəcək. O, dünya çempionatı zamanı qolf oynaya bilməyəcək.

Bu barədə yığmanın baş məşqçisi özü məlumat verib:

“Bəli, qolf olmayacaq. Biz yorulmadan çalışmalıyıq. Qolf o vaxt oynamaq olar ki, qarşılaşmalar arasında bir həftə vaxt olsun. Amma biz Qətərdə hər 4 gündən bir meydana çıxacağıq. Vaxt yoxdur, bərpa və çalışmaq, vəssalam”.

Aut.az

 

Exit mobile version