AUT.AZ

Onun yerini 17 yaşlı “uşaq” tutacaq – Almaniya yığmasında

Dortmund “Borussiya”sını hücumçusu Yussuf Mukoko Almaniya yığmasının heyətində dünya çempionatına yollanacaq.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Sport1”-in jurnalisti Patrik Berqer “Twitter” hesabında yazıb. 17 yaşlı Yussufun adı  zədələnən Mark Royusun əvəzinə iştirak ərizəsinə salınacaq.

“Borussiya”nın 33 yaşlı futbolçusu Roys “Bohum”la oyunda topuğundan zədələnib, ona görə də mundiala yollana bilməyəcək. Onun yerini isə 17 yaşlı komanda yoldaşı tutacaq.

Gənc futbolçu bu mövsüm Bundesliqa və Çempionlar Liqasında 19 oyuna çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version