AUT.AZ

Millimizin kapitanı ÇL-in qrupunda

Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubunun heyətində  Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək.

Aut.Az xəbər verir ki, Budapeşt təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda doğma meydanda İspaniya “La Laquna”sına 3:0 hesabı ilə qalib gəlib. Millimizin kapitanı komandasına 15 xal qazandıraraq matçın ən məhsuldar oyunçusu olub.

 

İlk görüşdə də rəqibini “quru hesab”la yenən “Vaşaş” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Macarıstan çempionu A qrupunda “Konelyano” (İtaliya), “Rjeşov” (Polşa) və “Müluz” (Fransa) kollektivləri ilə mübarizə aparacaq.

Exit mobile version