AUT.AZ

İdman jurnalistini öldürüb – Sabiq prezident

Braziliyanın “Atletiko” (Qoyaniya) klubunun keçmiş prezidenti Maurisio Sampayo həbs olunub.

Aut.Az xəbər verir ki, o, 2012-ci ildə qətlə yetirilən idman köşə yazarı Valerio Luizin ölümündə günahlandırılıb.

 

Məhkəmə tərəfindən cinayətin təşkilatçısı olaraq tanınan klub prezidenti cəzasını qapalı rejimdə çəkməklə, 16 illik həbsə məhkum edilib. Məhkəmə ötən bazar ertəsi başlayıb və üç gün çəkib.

Cinayətdə iştirak etməkdə təqsirli bilinən digər şəxslər – hərbi polis zabiti Urbano de Karvalyo (14 il həbs) və qəssab Markos Vinisius ilə yanaşı, atışmanın müəllifi kimi adı çəkilən hərbi polis zabiti Adema Fiqueredo (16 il) və Xavyer (14 il) də həbs olunub.

Valerio Luiz 2012-ci il iyulun 5-də işdən çıxdıqdan sonra Qoyaniyada güllələnib. O, “Radio Jornal 820”-in şərhçisi olub. İstintaq Valerionun “Atletiko”nun idarə heyətini tənqid etdiyinə görə o vaxt vitse-prezident olan Sampayonun göstərişi ilə öldürüldüyünü sübuta yetirib. Maurisio Sampayo 2015-2018-ci illər aralığında klub prezidenti olub. Hazırda isə klubun Direktorlar Şurasının vitse-prezidentidir.

Exit mobile version