AUT.AZ

Futbolla bağlı ağlasığmaz təklif – 90 dəqiqə çoxdur

Soccer Football - LaLiga - Real Madrid v FC Barcelona - Santiago Bernabeu, Madrid, Spain - October 16, 2022 FC Barcelona's Gerard Pique is seen in the bench before the match REUTERS/Juan Medina

Bir neçə gün əvvəl karyerasının bitirdiyini bildirən Jerar Pike futbolun gələcəyi haqda danışıb.

Aut.az xəbər verir ki, Pike futbolda müəyyən islahatlar aparmağın vacib olduğunu deyib:

“Uzun illərdir mövcud olan qaydaları təkmilləşdirməyə və dəyişdirməyə çalışmalıyıq. Çətin olduğunu başa düşürəm. Ancaq bu, bütün idman növlərində olur. Diqqəti cəlb etmək üçün bir yol tapmalıyıq.

İndi dünyada idmanla yanaşı, bir çox fərqli məzmun var. Sizin bir neçə saat boş vaxtınız var və bu müddət ərzində mümkün qədər çox məlumat əldə etmək istəyirsiniz. Bunu təmin edə biləcək qısa məhsullar yaratmalısınız.

Mənim fikrimcə, futbol qarşılaşmasının 90 dəqiqə olması çoxdur. Biz daha maraqlı olacaq qaydalar axtarmalıyıq. Məndə belə bir hiss var ki, futbol bir məhsul kimi köhnəlib”.

Aut.az

 

Exit mobile version