AUT.AZ

Daha bir məşhur futbolçu DÇ-də olmayacaq

Futbol üzrə Almaniya millisi DÇ-2022-dən əvvəl ciddi itki ilə üzləşib.

Aut.az xəbər verir ki, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys sıradan çıxıb.

Roys topuğundakı zədə səbəbindən Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Noyabrın 5-də Bundesliqanın 13-cü turunda “Bohum”la (3:0) oyunda zədələnən 33 yaşlı futbolçunun mundiala hazır olmayacağı açıqlanıb.

Almaniya millisi DÇ-2022-nin E qrupunda İspaniya, Kosta Rika və Yaponiya ilə qarşılaşacaq.

Exit mobile version