AUT.AZ

Əli Daei haqda ölüm hökmü

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei barəsində ölüm hökmü çıxarılıb.

Aut.az xəbər verir ki, əfsanəvi futbolçu Məhsa Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak etməkdə günahlandırılır. Hazırda həbsdə olan Daei ilə yanaşı, daha 15 000 nəfərin edəm olunacağı iddia edilib.

O, oktyabrın əvvəlində Saqqız şəhərində təşkil olunmuş yürüşdə iştiraka görə polislər tərəfindən saxlanılıb, ardınca isə həbsə göndərilib.

Almaniya “Bavariya”sı isə rəsmi saytı vasitəsilə açıqlama yararaq, keçmiş futbolçuları Əli Daei və Əli Kəriminin taleyindən narahatlığını ifadə edib:

“Onların və ailələrinin yaxşı vəziyyətdə olduqlarını eşitməyə ehtiyacımız var. Almaniyanın İrandakı səfirliyi ilə əlaqə saxlayıb dəstək göstərməyə hazır olduğumuzu bildirmişik. Məsələni diqqətdə saxlayacağıq”. (Report)

 

Exit mobile version