AUT.AZ

Əl-Xelaifidən Peresə tutarlı cavab

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi “Real”ın prezidenti Florentino Peresin fikirlərinə münasibət bildirib.

Aut.az xəbər verir ki, Peres Superliqa ideyasını məşhur tennisçilərin bir-biri ilə dəfələrlə qarşılaşmasına bənzədib. Bununla demək istəyib ki, nəhəng klubların tez-tez qarşılaşması darıxdırıcı olmayacaq. Əl-Xelaifi “Marca”ya verdiyi açıqlamada Peresin fikirləri ilə razılaşmayıb:

“Bəzi insanlar PR və “Power Point” təqdimatları vasitəsilə tarixi yenidən yazmağa və futbolu bölməyə çalışırlar. Düzünü desəm, onlara yazığım gəlir, futbolu, onun ekosistemini başa düşmədiklərini göstərdilər. Deyirlər ki, Çempionlar Liqası kifayət qədər rəqabətli deyil, lakin bir çox böyük klublar bu turnirdən çıxmadılar.

Nadal və Federeri nümunə göstərir. Keçmiş oyunçu kimi tennisdə az da olsa, təcrübəm var. Sizə deyim ki, Rafael və Rocer tennis tarixinin ən böyük idmançılarındandırlar.

Amma tez-tez qarşılaşdıqları üçün deyil, çox çalışdıqları üçün. Onlar üçün hər bir qarşılaşma önəmli olub, reytinqdən asılı olmayaraq. Tennis ailəsini qoruduqları üçün heç vaxt ən yaxşı oyunçuların qapalı liqasını istəmədilər. Zəhmət olmasa, uğursuzluqlarınızı əsaslandırmaq üçün onların böyük adlarından istifadə etməyin”.

Aut.az

Exit mobile version