AUT.AZ

Şakira qəyyumluğa yiyələndi – Pike uşaqları ilə görüşə biləcək?

“Barselona”nın futbolçusu Jerar Pikenin keçmiş həyat yoldaşı, kolumbiyalı müğənni Şakira boşandıqdan sonra uşaqlara qəyyumluq hüququnu da alıb. Aut.az xəbər verir ki, bu barədə məlumatı “El Pais” yayıb. Amma Pike uşaqları ilə istədiyi vaxt görüşə biləcək.

Əvvəllər cütlük bu məsələni həll edə bilmirdi: müğənni uşaqları ABŞ-a aparmaq istəyirdi, Pike isə qanuni qəyyum olmaq üçün yollar axtarırdı.

Milad bayramından sonra Şakira övladları – Milan və Saşa ilə birlikdə Mayamiyə (ABŞ) köçəcək. Şakira ilə Pike 2022-ci ilin iyulunda ayrılıblar. Ayrılığa səbəb kimi futbolçunun xəyanəti göstərilir.

Aut.az

Exit mobile version